Millimiz Şimali Makedoniyanı məğlub etdi
2026-03-03 17:03:07
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib.
“Dalğa Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edib.
Saat 15:00-da başlayan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
3 mart
Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar) 2:0
Qollar: Sevinc Cəfərzadə, 28, 78