Millimiz yenə böyük hesabla uduzdu
2023-10-24 22:44:35
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Füzuli Məmmədovun komandası Sloveniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, U-17 ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu. Yığma növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək. \\Qaynarinfo