Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi
2026-02-12 20:57:38
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bu gün bəlli olacaq.
Publika.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə görə, yığma D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.