📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millimizin paltardəyişmə otağını su basdı

2026-03-27 22:56:02

Millimizin paltardəyişmə otağını su basdı

Futbol üzrə Azərbaycan milli komandasının paltardəyişmə otağını su basıb.

Modern.az xəbər verir ki, gün ərzində yağan intensiv yağış Sumqayıtdakı Mehdi Hüseynzadə stadionundakı soyunub-geyinmə otağını yararsız hala salıb.

Oyunçular formalarını götürmək üçün otaqda yaranan gölməçəni keçmək məcburiyyətində qalıblar. 

Qeyd edək ki, matç millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb.