Millimizin sabiq üzvü Şahruddini tənqid edənləri təhqir etdi - FOTO
2022-08-25 20:39:00
Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab matçında (1:2, ilk oyun - 0:0) etdiyi səhvə görə tənqid edənləri təhqir edib.
Hurriyyet.az qol.az-a istinadən xəbər verir ki, O, bu barədə öz Feysbuk səhifəsində paylaşım edib. Ruslan yazıb:
“Dünən Şah-Şah qışqırırdınız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.
