📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millimizin üzvündən İtaliyada qələbə QOLU

2026-11-01 19:59:48

Millimizin üzvündən İtaliyada qələbə QOLU

İtaliya B Seriyasının 10-cu turunda “Sampdoriya” doğma meydanda “Virtus Entella”nı 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada Azərbaycan U-21 millisinin üzvü Lorenzo Metsotero da fərqlənib.

18 yaşlı hücumçu görüşün 17-ci dəqiqəsində zədələnən komanda yoldaşını əvəzləyərək meydana daxil olub. O, 42-ci dəqiqədə Tyaş Beqiçin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq komandasının ikinci qolunu vurub.

Bu, Metsoteronun “Sampdoriya”nın əsas komandasında və İtaliya B Seriyasında ilk qolu olub.

Qeyd edək ki, İtaliyada anadan olan Metsotero vaxtilə Azərbaycanda yaşayıb, “Qarabağ”ın və “Neftçi”nin aşağı yaş qruplarında çıxış edib. O, 2026-cı ildən Azərbaycanın U-21 millisinin formasını geyinir. (fanat.az)