📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millimizin üzvünün "Əl-İttihad"a transferi niyə alınmadı? - "Offside" (93FM)

2025-01-06 20:23:43

Millimizin üzvünün

Hazırda "Krasnodar"ın qadın komandasında çıxış edən Sevinc Cəfərzadə Səudiyyə Ərəbistanının "İstern Fleyms" klubuna icarə əsasında transfer olunduğu dönəm barədə danışıb. 

Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində millimizin üzvü 2024-cü ilin əvvəlində "Əl İttihad" klubuna keçidinin alınmasının səbəbini açıqlayıb. 

"Fleyms"dən əvvəl "Əl İttihad"a keçməli idim, Kərim Benzemanın oynadığı klubun qadın komandasına. Menecerim xarici idi, yəqin ki, istədiyi qonarar onu razı salmadı. Son anda klublar arasında hər şey razılaşmışdı, lakin menecerimə görə transfer baş tutmadı".

Qeyd edək ki, "Offside" verilişinin bugünkü buraxılışını saat 21:00-da "Youtube" kanalımızda izləyə bilərsiniz.