📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Milyonlarla insanın həyatı xilas oldu” - Zelenski

2023-01-18 22:08:00

“Milyonlarla insanın həyatı xilas oldu” - Zelenski

“Taxıl dəhlizi vasitəsilə milyonlarla insanın həyatı xilas edildi”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirib.

“Taxıl dəhlizi razılaşması sayəsində dünyada milyonlarla insanın həyatı xilas edilib”, - deyə Zelenski vurğulayıb.

O, Ukraynanın müharibə şəraitində olmasından da söz açıb:

“Vaxtımız azdır, amma bu məsələlərdən danışacam. Mən ilk dəfə 3 il əvvəl Davosda çıxış etdim. İndi onlayn iştirak edirəm. Hazırda dünya sülhü bərqərar edə bilməz. Sivil dünya reaksiyasını sürətləndirməlidir. Rusiya bu müharibəni 1 saniyəyə başladı. Dünyanın sanksiyalar tətbiq etməsi isə günlər çəkdi. Ukrayna və onun müttəfiqləri bir ildir ki, bu prosesə müqavimət göstərirlər”. \\Qafqazinfo