📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mina partlayışında şəhid olan hərbçinin şəxsiyyəti bilindi - FOTO

2022-12-14 23:15:00

Mina partlayışında şəhid olan hərbçinin şəxsiyyəti bilindi - FOTO

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.

Hurriyyet.Az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.

 

Mina partlayışında şəhid olan hərbçinin şəxsiyyəti bilindi