📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Minaya düşən şəxsin ayağı amputasiya olundu

2024-10-14 12:39:23

Minaya düşən şəxsin ayağı amputasiya olundu

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.

Hurriyyet.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.