📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mingəçevir su anbarında suyun miqdarı 40 faizə qədər azalıb

2023-03-10 17:05:00

Mingəçevir su anbarında suyun miqdarı 40 faizə qədər azalıb

“Mingəçevir su anbarında suyun miqdarı 40 faizə qədər azalıb”.

Hurriyyet.az xəbər verir ki, bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, 2018-ci ildə anbara 823 milyon kubmetrdən çox su daxil olurdusa, hazırda bu, 455 milyon kubmetrədək azalıb:

“Su anbarına əlavə çayların yönləndirilməsinə baxmayaraq, həcmdə azalma müşahidə edilir. Son 7-8 ildə ölkədə quraqlıq müşahidə edilir. Bu, yağıntının və kütləvi ötürülən suyun miqdarının azalması ilə bağlıdır”.

yenilik.az