Mingəçevirdə 21 yaşlı oğlan su anbarında boğulub
2026-08-12 21:49:45
Mingəçevirdə Gəncə sakini su anbarında boğulub.
Hurriyyet.Media xəbər verir ki, Gəncə şəhər sakini, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu Mingəçevir su anbarında çimərkən boğulub.
Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.