Mingəçevirdə 42 yaşlı kişi bıçaqlandı
2026-10-30 20:51:56
Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarətindən həyatını itirib.
Hurriyyet.net əldə etdiyi məlumata görə, hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatda baş verib.
1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.