📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mingəçevirdə çörək zavodunda ölüm hadisəsi

2026-02-05 20:25:26

Mingəçevirdə çörək zavodunda ölüm hadisəsi

Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində ölüb. 

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsi ərazisində yerləşən zavodda baş verib. 1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürəktutmadan öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.