📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü

2026-02-05 23:28:02

Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü

Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.

1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.