📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mingəçevirdə kater sahilə çırpıldı - Xəsarət alanlar var

2023-07-25 09:10:00

Mingəçevirdə kater sahilə çırpıldı - Xəsarət alanlar var

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var.

Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.