📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Minimum aylıq əməkhaqqının məbləği artırıldı - Prezidentdən SƏRƏNCAM

2023-01-05 14:51:00

Minimum aylıq əməkhaqqının məbləği artırıldı - Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.  

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. 

Nazirlər Kabineti 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.