Minlərlə dinc sakin həlak oldu, milyonlarla vətəndaş didərgin düşdü – Rusiyanın Ukraynaya müdaxiləsinin statistikası
2022-04-29 18:18:00
Hurriyyet.az xəbər verir ki, BMT İnsan Hüquqları Ali Komissarlığı Rusiyanın təcavüzündən sonra Ukraynada azı 2 899 nəfər dinc sakinin həlak olduğunu, 3 235 dinc sakinin yaralandığını bildirib. Bunlar sadəcə qeydə alına bilən faktları göstərən rəqəmlərdir. Ukrayna rəsmiləri rəqəmlərin daha yüksək ola biləcəyini söyləyirlər.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 24 fevral-18 aprel tarixlərində 5 429 739 nəfərin isə qonşu ölkələrə pənah apardığını bildirib.
Ölkədaxili köçkünlərin sayı isə 7,7 milyon nəfərə çatıb.
Dİnc əhali ölümlərinin əksəriyyətinin ağır artilleriya və raket zərbələri, bombardmanlar, partlayıcılar səbəbindən baş verdiyi qeyd edilib.
Hürr Tərcüman