Minlərlə hindistanlı Qərbi Azərbaycana axışıb - İrəvanın statistikası
Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, son dövrdə 2 nəfər Hindistan vətəndaşı Ermənistan Respublikasının vətəndaşı olmaq üçün müraciət edib.
Ermənistan Respublikasının Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin "Sputnik Ermənistan" informasiya agentliyinin sorğusuna cavab olaraq verdiyi məlumata görə, ötən 2023-cü il ərzində 2 min nəfərdən artıq Hindistan vətəndaşı Ermənistanda yaşamaq statusu alıb.
Məlumatda deyilir: "2023-cü il ərzində Hindistanın 2035 vətəndaşı Ermənistanda yaşayış statusu alıb. Onlardan 1994 nəfərinə müvəqqəti, 41 nəfərinə daimi status verilib. Bundan başqa, həmin dövr ərzində 2 nəfər hindistanlı Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onlardan birinə vətəndaşlıq verilib".
Müraciət edən hindistanlılardan yalnız biri milliyyətcə erməni olub.
Ötən ilin dekabrına qədər Ermənistana Hindistandan 54 532 nəfərin gedişi qeydə alınıb.
Ümumilikdə Ermənistanda neçə nəfər Hindistan vətəndaşının yaşadığı və onların statusu barəsində məlumat əldə eləmək mümkün olmayıb.
Hürr Tərcüman
