Minlərlə iranlının edamında əli olan Həmid Nurinin İsveçdə məhkəməsi başlayıb
2021-08-10 15:12:00
İranda 1988-ci ildə minlərlə siyasi məhbusun edam edilməsində iştirakda günahlandırılan Həmid Nurinin İsveçdə (Sued) mühakimə prosesi başlayıb. İki ilə yaxındır İsveçdə zindanda saxlanılan İran Məhkəmə Sisteminin keçmiş yüksək vəzifəli məmuru Həmid Nurinin ittihamnaməsi iyulun 27-də rəsmi qaydada Stokholm məhkəməsinə göndərilib. Bu, 1988-ci il edamlarında iştirak etmiş şəxslərdən birinin mühakimə edilməsi ilə bağlı tarixdə ilk hadisədir. Qeyd edək ki, İslam Cümhuriyyətinin qurucusu Ruhullah Xomeyninin əmri ilə həyata keçirilmiş bu edamlar zamanı, bəzi mənbələrə görə 5 minə qədər, digər qaynaqlara əsasən isə 20 minə qədər siyasi məhbus edam edilib.
Ülviyyə/Hürriyyət