📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Minneapolisdə sərhəd xidməti əməkdaşının iştirakı ilə atışma baş verib

2026-01-24 21:32:52

Minneapolisdə sərhəd xidməti əməkdaşının iştirakı ilə atışma baş verib

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində sərhəd xidmətinin əməkdaşının iştirakı ilə atışma baş verib.

"Report" "Fox News"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat verib.

Qeyd olunub ki, sərhəd xidmətinin əməkdaşı silahlı şəxsə atəş açıb. Şübhəlinin tapançası və ona aid iki darağı aşkarlanıb.

Yaralının vəziyyəti barədə hələlik məlumat yoxdur. Yerli hakimiyyət orqanları hadisədən xəbərdardır.