📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Minsk: Belarusa hücum üçün hazırlıq gedir

2023-06-26 10:54:00

Minsk: Belarusa hücum üçün hazırlıq gedir

Belarus ərazisinə silahlı basqın üçün xaricdə terrorçuların hazırlanması ilə bağlı məlumat var.

Hurriyyet.az xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq İdarəsinin rəis müavini Konstantin Bıçek deyib.

"DTK belə terror təzahürlərini qeydə alır. Biz bu çağırışlara hazırıq. Dövlət başçısının tapşırığı ilə müvafiq tədbirlər görülür. Qaçaq terrorçuların və onların arxasında duran kollektiv Qərbin heç bir şansı yoxdur. Bizim ölkədə təhlükəni vaxtında zərərsizləşdirmək üçün kifayət qədər imkanlarımız var”, - o bildirib.