📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Minsk qrupu tarixin tullantısına çevrilib" - RF XİN

2023-02-17 18:50:00

Rusiyanın Minsk qrupu xiffəti – Zaxarova Qərbi suçladı

Hurriyyet.az xəbər verir ki, RF XİN-in mətbuat katibi Mariya Zaxarova ABŞ ilə Fransanı ATƏT-in Minsk qrupunun süqutunda itiham edib. Zaxarova deyib: “ATƏT-in Minsk qrupu formatı hələ ötən ilin fevralında tarixin tullantısına göndərilib. O zaman amerikalı və fransalı həmsədrlar uydurma bəhanə ilə rusiyalı həmkar ilə əlaqəni kəsdilər. Bununla bağlı aydın izahat da vermədilər. Bunu nəzərə alaraq, yüksək səviyyəli müvafiq razılaşmalar komleksinə əsaslanaraq, İrəvan ilə Bakıya üçtərəfli formatlarda kömək eləməyə yönəldik”.

RF XİN təmsilçisi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında ABŞ-ın vasitəçi kimi real addımlar atdığını görmədiklərini bildirib.

Hürr Tərcüman