📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Miq-21 qırıcısı yerə çırpıldı

2022-12-06 21:49:00

Miq-21 qırıcısı yerə çırpıldı

Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsində Miq-21 tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu haqda Xorvatiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, 2 pilotla təlim uçuşu həyata keçirən döyüş təyyarəsinin meşəlik əraziyə düşdüyü bildirilib.

Təyyarədə olan pilotlardan biri ilə əlaqə saxlanılıb, digəri üçün axtarış-xilasetmə işləri davam edir.

Açıqlamada ilk yardım və təhlükəsizlik qruplarının ərazidə olduğu qeyd olunub. \\Ölkə.az