Miqrantları daşıyan gəmi batdı - 109 ölü
2026-10-11 22:11:33
Cibuti sahillərində 350 nəfəri daşıyan miqrant gəmisinin batması nəticəsində ən azı 109 nəfər həlak olub, 116 nəfər isə itkin düşüb.
Hurriyyet.net xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) məlumatına görə, hadisə Cibutinin Obok sahillərində qeydə alınıb.
Cibutidən Yəmənə getməyə çalışan gəmi çevrilərək dənizdə batıb.
Axtarış-xilasetmə işləri zamanı sudan çıxarılan 109 meyitdən 52-nin kişi, 42-nin qadın, 15-nin isə uşaq (9 qız və 6 oğlan) olduğu müəyyən edilib. Fəlakətdən sağ çıxan 80 nəfərin hamısının Efiopiya vətəndaşı olduğu bildirilir.