📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirələmovun restoranında ÖLÜM

2022-08-29 15:16:00

Mirələmovun restoranında ÖLÜM

Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.

Hurrriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb.

Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.