Mirhəsən Seyidovun piyadanı vurması xəbəri ilə bağlı - AÇIQLAMA
2021-10-25 09:57:00
Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.
Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qeyd olunanlar həqiqəti əks etdirmir: “Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.
İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb:
“Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.