📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO

2026-09-25 18:15:19

Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO

Xalq artisti Miri Yusif “Tanrı” adlı yeni sinqlını təqdim edib.

Hurriyyet.media  xəbər verir ki, sənətçinin yeni layihəsi fərqli musiqi üslubu, düşündürücü sözləri və duyğusal ab-havası ilə diqqət çəkib.

Mahnının musiqisi Miri Yusifə, sözləri isə Abbas İsmayılova (Asoundady) məxsusdur. Sinqlın aranjemanını Farid Aqa ərsəyə gətirib.

“Tanrı” mahnısı üçün Orxan Rəhmanlı tərəfindən sənətçinin müxtəlif konsertlərindən görüntülərin yer aldığı video da hazırlanıb. Videoda Miri Yusifin səhnə performanslarından və canlı çıxışlarından kadrlar təqdim olunub.