📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Miroslav Kloze Mahir Emrelini II Bundesliqa klubuna apardı

2024-07-16 21:30:40

Miroslav Kloze Mahir Emrelini II Bundesliqa klubuna apardı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

27 yaşlı hücumçu "Nürnberq" ilə anlaşıb.

İkinci Bundesliqa təmsilçisinin tezliklə azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib.

İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxsən maraqlanıb və onun transfer olunmasını özü istəyib.

Qeyd edək ki, Mahir Emreli son olaraq Xorvatiyada - "Dinamo"da (Zaqreb) çıxış edib. \\Sportinfo.az