📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi

2026-10-08 13:22:50

Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi

Mərkəzi Asiya ölkələri və Azərbaycan birgə istehsal zəncirləri yaradaraq “6 iqtisadiyyat - 1 məhsul” formulunun reallaşdırılmasına çalışmalıdır.

Hurriyyet.net  APA-ya istinadən xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.

Onun sözlərinə görə, region ölkələri arasında adi mal mübadiləsi artıq kifayət deyil, bir neçə dövlətin iştirak etdiyi istehsal zəncirləri əsasında ortaq son məhsullar yaradılmalıdır: “Birgə məhsul istehsal edildikdə iqtisadiyyatlarımız arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr formalaşır. “6 iqtisadiyyat - 1 məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədin mahiyyətini yaxşı ifadə edir”.

Özbəkistan Prezidenti bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə 2027-ci ildə “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib.

Şavkat Mirziyoyev həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, iqtisadi əməkdaşlığın yeni mərhələsində birgə sənaye və texnoloji zəncirlərə, ortaq rəqəmsal xidmətlərə, eləcə də iri layihələrin daha sürətlə həyata keçirilməsinə imkan verən investisiya mexanizmlərinə xüsusi diqqət yetirilməlidir.