📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

2026-02-24 13:12:46

Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Ötən il avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmadan sonra Cənubi Qafqazda sülh, rifah və regional əməkdaşlıq sahəsində yeni bir fəsil açılıb.

Hurriyyet.org “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Cenevrədə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, mövcud şərait Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsində, qarşılıqlı etimadın dərinləşdirilməsində və regional əməkdaşlığın təşviqində mühüm rol oynaya biləcək əlaqələr, ticarət və etimad quruculuğu tədbirlərini inkişaf etdirmək üçün real imkan yaradır.