Mirzoyan: "Azərbaycan tərəfi ilə vasitəçilərsiz danışırıq"
2024-01-23 16:50:33
Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransındakı çıxışında deyib: "Həm Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın administrasiyaları arasında, həm də digər idarələr arasında vasitəçilərsiz birbaşa əlaqə mövcuddur.
Belə ki, sülh müqaviləsi təkliflərinin mübadiləsi XİN xətti ilə aparılır. Yanvarın əvvəlində İrəvan (Azərbaycan tərəfinə) yeddinci təkliflər paketini təqdim edib".
Mirzoyanın sözlərinə görə, İrəvan üçün vasitəçilərin olması yox, danışıqların məzmunu daha prinsipialdır".
Hürr Tərcüman