📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyan Azərbaycanla sülh danışıqları ilə bağlı Vaşinqtona gedir

2023-04-29 13:46:00

Mirzoyan Azərbaycanla sülh danışıqları ilə bağlı Vaşinqtona gedir

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

O qeyd edib ki, Mirzoyanın Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti mərhələsi planlaşdırılır.

Həmçinin Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da Vaşinqtona gedir. Ermənistan nümayəndə heyətinin işgüzar səfərinin mayın 5-dək davam edəcəyi bildirilir.

qafqazinfo.az