Mirzoyan: “Bəzi məsələlərdə Bakı ilə mövqelərimiz yaxınlaşıb”
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bəzi məsələlərdə Bakı ilə İrəvanın öz mövqelərini yaxınlaşdırdığını söyləyib.
Mirzoyan deyib: “Təqribən 10gün bundan əvvəl Azərbaycanın cavabını və növbəti təkliflərini aldıq. Artıq müzakirələr mərhələsindəyik. Bu da danışıqlar prosesinin mahiyyətcə dayanmadığını göstərir. İndi yeni şərhlərimizlə çıxış edəcəyik”.
Mirzoyan deyib: “Müxtəlif mərhələlərdə tərəflərin mövqeləri yaxınlaşır. Bəzən isə bir-birindən uzaq olaraq qalır. Ona görə də, hansısa detalı götürüb tərəflərin mövqeyinin necə olduğunu söyləmək məqsədəuyğun deyil. Belə ki, sabah mənzərə tamamilə fərqli ola bilər. Təkrar edirəm, bəzi məsələlərdə mövqelərimizi yaxınlaşdırmağa müfəvvəq olmuşuq”.
Mirzoyan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla yaxın zamanda növbəti dəfə görüşəcəklərini deyib.
Hürr Tərcüman