Mirzoyan: “Bizi Antalyada keçiriləcək foruma dəvət ediblər”
2022-02-02 13:58:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Ermənistanın Türkiyə üzrə nümayəndəsi Ruben Rubinyan ilə birlikdə Antaliyada keçiriləcək Diplomatiya Forumuna dəvət edildiklərini, lakin dəvəti qəbul edib-etməməklə bağlı hələlik qərar vermədiklərini bildirib.
Bu barədə məlumatı “Yerevan Today” portalı verib.
Mirzoyan Avstriyanın XİN rəhbəri Aleksandr Şallenberq ilə birgə keçirilən mətbuat konfransında deyib: “Mən nəinki bunda heç bir problem görmürəm, hətta bu səfəri Ermənistan-Türkiyə dialoqu ilə əlaqələndirdikdə belə, yalnız müsbət nüansların olduğunu düşünürəm”.
Hürr Tərcüman