Mirzoyan cənab Bayramovla görüşmək üçün yola çıxıb
2023-05-18 16:13:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Moskvaya səfərə yollanıb. Bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında verib.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da Moskvaya səfərə yola düşüb.
19 may görüşü çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh razılaşması layihəsi çərçivəsində danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılıb.
Hürr Tərcüman