📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyan Cenevrəyə gedir

2026-02-22 20:56:37

Mirzoyan Cenevrəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçrəyə işgüzar səfərə gedəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan XİN mılumat yayıb.

Bildirilib ki, Mirzoyan 23-24 fevral tarixlərində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının və Silahsızlanma Konfransının yüksək səviyyəli seqmentlərində iştirak edəcək və çıxışlar edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.