Mirzoyan: "Daha Rusiyanın dəstəyinə ehtiyacımız yoxdur"
2024-03-07 17:08:35
Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin "Zvartnots" aeroportunda sərhədlərini müstəqil şəkildə qoruya biləcəyini, RF-nin yardımının daha lazım olmadığını, lakin göstərilən köməyə görə minnətdar olduqlarını bildirib. Mirzoyan deyib: "Rusiya sərhədçilərinin varlığı lap əvvəldən - erməni dövlətinin buna ehtiyacı olduğu müddətə qədər dəstək xarakterli olub. İndi bu xidməti müstəqil şəkildə yerinə yetirmək üçün umkanlarımız yaranıb və bu barədə Rusiyaya məlumat vermişik".
Hürr Tərcüman