📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyan fransalı həmkarı ilə sülh prosesini müzakirə edib

2025-04-15 23:05:21

Mirzoyan fransalı həmkarı ilə sülh prosesini müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı onu Cənubi Qafqazdakı sülh prosesi barədə məlumatlandırıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə A.Mirzoyan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Jan-Noel Barro ilə söhbət zamanı ikitərəfli gündəliyimiz çərçivəsində qarşıdan gələn görüşləri müzakirə etdik. Onu regiondakı vəziyyət və Azərbaycanla sülh sazişinin imzalanması yolu da daxil olmaqla Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə yönəlmiş davamlı səylər barədə məlumatlandırdım", - o yazıb.