Mirzoyan Hakan Fidana zəng etdi
2023-06-08 10:16:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, iyunun 7-də Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Türkiyənin Xarici İşlər naziri Hakan Fidanı bu vəzifəyə təyin edilməsi münasibətilə telefonla təbrik edib.
Bu barədə məlumatı Ermənistan XİN-in mətuat xidməti yayıb. Tərəflər iki ölkə arasındakı münasibətlərin tam nizamlanması sahəsində işə davam etməyə hazır olduqlarını bildiriblər.
Hürr Tərcüman