Mirzoyan İstanbula səfərə hazırlaşır
2024-10-15 17:20:53
Hurriyyet.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "3+3" regional formatında XİN rəhbərlərinin iclasında iştirak etmək üçün İstanbula yola düşəcək.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Qeyd edək ki, 3+3" regional formatında nazirlərin üçüncü görüşü oktyabrın 18-də İstanbulda keçiriləcək.
Hürr Tərcüman