📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyan KTMT ölkələrinin iclasında iştirak etməyəcək

2024-06-19 23:55:12

Mirzoyan KTMT ölkələrinin iclasında iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

Nazirliyin mətbuat katibi Ani Badalyan Armenpress-ə açıqlaması zamanı nazir Mirzoyanın KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi. \\APA