📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyan Moskva görüşündən yenə imtina edəcəkmi? Paşinyan açıqlama verdi

2023-03-14 17:15:00

Mirzoyan Moskva görüşündən yenə imtina edəcəkmi? Paşinyan açıqlama verdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin XİN rəhbəri Ararat Mirzoyanın Moskvaya səfər edəcəyini bildirib.

Paşinyan bu gün keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşündə iştirak eləmək niyyətindədir və bu barədə telefonla RF Prezidenti Vladimir Putinlə də danışıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan bu formatda görüşdə iştirak edəcəyini bildirsə də, görüş günü Mirzoyan Moskvaya getməmişdi.

Hürr Tərcüman