Mirzoyan Rusiyaya gedir
2021-08-28 13:08:00
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilk xarici səfərini Moskvaya gerçəkləşdirəcək.
HURRİYYET.az xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Onun Moskvaya işgüzar səfəri 31 avqustda baş tutacaq.
O, səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.