📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyandan Laçın yolu ilə bağlı TƏKLİF

2023-02-28 09:57:00

Mirzoyandan Laçın yolu ilə bağlı TƏKLİF

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Cenevrədə Laçın yolunda və Qarabağda BMT-nin faktaraşdırıcı missiyasının yaradılmasını təklif edib.

Hurriyyet.az xəbər verir ki, informasiya “Novosti Armeniya” nəşrində yerləşdirilib.

Ararat Mirzoyan bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşü zamanı danışıb. 

Yeri gəlmişkən, rəsmi Bakı dəfələrlə Laçın yolunda və Qarabağda istər BMT-nin faktaraşdırıcı missiyasının, istərsə də Avropa İttifaqının monitorinq missiyasının yaradılmasının əleyhinə çıxış edib.

Mirzoyanın İsveçrədəki təklifi isə yalnız erməni ictimaiyyətini sakitləşdirmək məqsədini güdür. Qarabağ məsələsi Azərbaycanın daxili işi olduğundan heç bir ölkə Xakəndinə missiya göndərə bilməz.

bizim.media