📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mirzoyanla bərabər, danışıqlarda niyə o da iştirak edir? - İLGİNC

2023-05-02 15:08:00

Mirzoyanla bərabər, danışıqlarda niyə o da iştirak edir? - İLGİNC

Ötən gündən Vaşinqtonda başlayan və həftə sonuna qədər davam edəcəyi gözlənilən Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlarda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan da iştirak edir.

Hurriyyet.az axar.az-a istinadla xəbər verir ki, erməni mediası bunu təsadüfi saymayıb. İddia edilir ki, bu, Türkiyənin tələbi ilə bağlıdır. Belə ki, Türkiyə Azərbaycanla münasibətlərin nizamlanmayacağı təqdirdə Ermənistan-Türkiyə əlaqələrinin normallaşması və sərhədlərin açılmasını istisna edib.

Qeyd edək ki, Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona Mirzoyandan bir gün əvvəl – aprelin 29-da gedib. R.Rubinyanın 5 maya qədər Vaşinqtonda müxtəlif səpkidə görüşlər keçirəcəyi bildirilirdi.