📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mişa elan etdi: Həbsdən çıxandan cəmi 10 gün sonra...

2021-11-02 16:10:00

Mişa elan etdi: Həbsdən çıxandan cəmi 10 gün sonra...

Eks-prezident Mixail Saakaşvili azad olunandan sonrakı cəmi 10 gün müddətində Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacağını deyib.

Hurriyyet.az xəbər verir ki, Saakaşvilinin bu məzmunlu məktubunu onun vəkili, jurnalist Dmitri Sadzaqlişvili ictimaiyyətə təqdim edib.

“Türmədən azad olunacağım təqdirdə söz verirəm: maksimum 10 gün ərzində biz növbədənkənar seçkiyə gedəcəyik və İvanişvilini “belin üstünə” (kürümək mənasında – red.) qoyacağıq. İndi biz geniş ictimai birlik lazımdır, hər şey bu məqamda böyük əhəmiyyət daşıyır. Bizim gücümüz birliyimizdədir, qələbənin resepti isə çoxsaylı və torulmazlıqdadır”, - Saakaşvili qeyd edib.

Saakaşvili onu da bildirib ki, müxakifətin içində küçə mübarizəsini apara biləcək liderlər az deyil.