📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mişanın məhkəməsi: toqquşma başladı, həbs edilənlər var

2021-11-29 14:15:00

Mişanın məhkəməsi: toqquşma başladı, həbs edilənlər var

Mixail Saakaşvilinin məhkəməsinin keçirildiyi Tiflis Şəhər Mərkəməsinin qarşısına sabiq prezidentin tərəfdarları toplaşıb.

Hurriyyet.az  xəbər verir ki, Saakaşvilinin tərəfdarları ilə polis arasında toqquşmalar da baş verir, hüquq-mühafizə orqanları artıq həbslərə başlayıb. Saxlanılanlar arasında gürcü müxalifətinin liderlərindən olan Giqi Uqulava da var.

Pirveli TV polisin aksiya iştirakçılarına qarşı bibər qazından istifadə etdiyi haqda məlumat yayıb.