📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mişaya tapşırıq verildi, müharibə başladı - Bəyanat

2024-08-13 12:45:01

Mişaya tapşırıq verildi, müharibə başladı - Bəyanat

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kənardan verilən göstərişlər nəticəsində 2008-ci ilin avqustunda avantürist hərəkətlərə əl atdı və bu da müharibə ilə nəticələndi.

Hurriyyet.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının bəyanatında qeyd olunub.

“Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir. Lakin fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi balanssızlığının nəticəsi deyil, kənardan gələn göstərişlərin və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”, - bəyanatda bildirilib.

axar.az