📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Misir diplomatiyasının rəhbəri Ankaraya səfər edir - 11 il sonra səfirliklər açılacaq

2023-04-13 12:10:00

Misir diplomatiyasının rəhbəri Ankaraya səfər edir - 11 il sonra səfirliklər açılacaq

Hurriyyet.az xəbər verir ki, Misirin Xarici İşlər naziri Samih Şükri həmkarı Mövlud Çavuşoğlu ilə görüşmək üçün aprelin 13-də Türkiyəyə səfər edəcək. Görüşdə ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə edilməsi gözlənilir.

Xatırladaq ki, Misir Prezidenti və Ankaranın müttəfiqi olan Məhəmməd Mursinin devrilməsindən sonra keçən 11 il ərzində Türkiyə ilə Misir arasında diplomatik münasibətlər kəsilib. Çavuşoğlunun açıqlamasına görə, görüş zamanı iki ölkədə səfirliklərin qarşılıqlı şəkildə açılması gözlənilir.

Xəər verdiyimiz kimi, Samih Şükri bundan iki həftə əvvəl zəlzələdən zərər çəkənləri dəstəkləmək üçün Türkiyəyə səfər eləmişdi.

Hürr Tərcüman